Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:59

-

«Müsəlman Birliyi Hərəkatı» təşkilatının rəhbəri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadənin vəkili Elçin Sadıqovla görüşünə imkan verilməyib. Bu barədə Elçin Sadıqov özü məlumat yayıb.

Aprelin 28-də Tale Bağırzadə ilə görüşmək üçün Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına gedən müdafiəçiyə bildirilib ki, prokurorluq müvafiq məktubu təcridxanaya göndərməyib. Vəkil hesab edir ki, bu qadağa qanunsuzdur və ilahiyyatçının müdafiə hüququnun kobud şəkildə pozulmasıdır: «Mən Tale Bağırova istintaq tərəfindən təqdim edilmişəm, onunla dəfələrlə görüşmüşəm. Qanunvericilikdə vəkilin müdafiə etdiyi şəxslə görüşməsindən ötrü prokurorluğun razılıq məktubu tələb edilmir. Belə bir məktubun istintaq təcridxanası tərəfindən tələb edilməsi və məktubun olmamasına görə görüşə icazə verilməməsi tamamilə qanunsuzdur. Bu hal müdafiə hüququnu kobud şəkildə pozur».

Elçin Sadıqov qeyd edib ki, ümumiyyətlə, vəkilin müdafiə etdiyi şəxslə görüşməsindən ötrü istintaq orqanının razılıq məktubunun tələb olunması qanunsuzdur. Penitensiar Xidmətin rəis əvəzi Hüseyn Əlixanova müraciət edən vəkil bu praktikaya son qoyulmasını xahiş edir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Ona qarşı CM-nin 15-dən artıq maddəsilə ittiham irəli sürülüb. Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.

«Müsəlman Birliyi Hərəkatı» dövlət qeydiyyatına alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG