Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Ukraynalı pilot Nadia Savchenkonun bacısı Vera Savchenko Rusiyanı tərk edib.

Bu barədə Ukrayna prezidenti Petro Poroshenko Ukraynanın Rostovdakı konsulluğuna istinadla özünün “Tcvitter” səhifəsində yazıb.

Rusiya sərhədçiləri cümə axşamına keçən gecə onu Ukraynaya buraxmamışdılar.

Buna səbəb kimi onun federal axtarışda olması göstərilmişdi.

Rusiya ötən ilin noyabrında rusiyalı hakimi təhqir etmə ittihamı ilə ona qarşı cinayət işi açıb.

Nadia Savchenkonun isə hazırda ölkəsinə verilməsi prosesinə başlanıb və artıq ona doldurmaq üçün sənədlər də verilib.

Nadia Savchenko 2014-cü ildə Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə, onların yerini deməkdə ittiham olunur.

Buna görə Rusiya məhkəməsi onu 22 il azadlıqdan məhrum edib.

Savchenkoittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG