Ötən gecə Ermənistan silahlı bölmələrinin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağcabədi rayonuna 100-dək mərmi düşüb.
APA-nın xəbərinə görə, bunu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib.
Mərmilərdən 50-nin Qaraxanlı kəndi ərazisinə düşdüyünü açıqlayan başçı 19 evin yararsız hala düşdüyünü deyib.
Həmin evlərdən biri tamilə yanıb.
Ş.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb.