Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:58

Gənclərə yeni iş imkanları


Gulam İsagzai
Gulam İsagzai

BMT İnkişaf Proqramı SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası əsasında innovasiya tətbiqində Azərbaycana kömək edəcək. Maliyyə dəstəyini ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) göstərəcək.

Bu, sazişi aprelin 28-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai imzalayıb.

S.Müslümovun deməsinə görə, layihənin məqsədi gənclərin məşğulluq imkanlarının artırılması, əmək bazarına inteqrasiyasıdır.

SYSLAB konsepsiyası müasir işaxtarma metodlarını, sahibkarlıq, sistemli biznes və ofis bacarıqlarının inkişafı kimi sahələri əhatə edir.

2017-ci ilin sonuna qədər davam edəcək bu layihə çərçivəsində Gəncə şəhərində və Masallı rayonunda SYSLAB metodologiyası üzrə təlim kursları təşkil olunacaq.

XS
SM
MD
LG