Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:35

-

«AG Bank» ASC-nin əsas səhmdarlarının siyahısında dəyişiklik edilib. Onların sırasına Grigory Marchenko adlı xarici səhmdar qoşulub. «Report» xəbəri banka istinadən yayıb.

Hazırda G.Marchenko bankın səhmdar kapitalında 8.3 faiz paya malikdir.

Səhmdarların ümumi sayı 64-dən 85-ə çatıb.

Bu il martın 4-də «AG Bank»ın səhmdarlarının növbədənkənar yığıncağında nizamnamə kapitalının artırılması haqqında qərar qəbul olunmuşdu. Bu qərarın icrası nəticəsində aprel ayında «AG Bank» ASC-nin nizamnamə kapitalı 4.1 dəfə və ya 77.2 mln. manat artırılaraq 102.2 mln. manata çatdırılıb.

G.Marchenko 1999-2004 və 2009-2013-cü illərdə Qazaxıstan Milli Bankının sədri, müxtəlif illərdə isə Qazaxıstan prezidentinin müşaviri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG