Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:41

-

Aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi şikayətə baxılıb.

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə «Report»a deyib ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb.

Beləliklə, məhkəmə ANS-in MTRŞ-ya qarşı verdiyi 26 apellyasiya şikayətini təmin etməyib.

İki qurum arasında çəkişmə 2015-ci ilin dekabrından davam edir.

Şura ANS-i yayım, reklam qanunlarını pozmaqda təqsirli bilərək cərimə etmişdi. ANS Şuranın qərarından şikayət vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG