Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50

-

Aprelin 28-də səhər Rusiya «Vostoçnıy» kosmodromundan ikinci cəhddən sonra ilk raketi buraxıb. «Soyuz-2.1a» raketdaşıyıcısı özüylə 3 peyki fəzaya qaldırıb.

Prezident Vladimir Putin də kosmodromda olub, iştirakçıları təbrik edib, deyib ki, «onlar fəxr edə bilərlər».

«Soyuz» aprelin 27-də buraxılmalıydı, ancaq buraxılmaya dəqiqə yarım qalmış səbəb göstərilmədən təxirə salınıb.

Putin mərasimə qatılmaqdan ötrü Moskvadan ölkənin şərqində, Çinlə sərhəd yaxınlığında yerləşən Amur regionuna gedib.

Prezident bir gün öncəki uğursuzluğa görə rəsmiləri tənqid edib, deyib ki, «faktiki olaraq, kosmik proqramda xeyli sayda əngəllər var».

«Vostoçnıy» kosmodromu Rusiyanın Qazaxıstanda yerləşən Baykonur kosmodromundan asılılığını azaltmaq məqsədlə tikilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG