Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:41

Atəşkəsin 117 dəfə pozulduğu deyilir


Qarabağda erməni hərbçilər.
Qarabağda erməni hərbçilər.

-
Azərbaycan Müdafiə Nazirliyi son bir günün hərbi əməliyyatlarını əhatə edən məlumat yayıb.

Nazirlik bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 117 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq və Koxanəbi kəndlərinin vurulduğu açıqlanıb.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin atəşə tutulduğu deyilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı və Nəmirli kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələri atəşə tutulub.

Nazirlik qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

XS
SM
MD
LG