Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50

-

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenko ölkəsinə ekstradisiya üçün rəsmi anketləri alıb. Bu barədə vəkili Mark Feigin aprelin 27-də RIA xəbər agentliyinə məlumat verib. Onun sözlərinə görə, vəkil Nikolai Polozov aprelin 29-da Savchenko-nun saxlandığı Novoçerkask həbsxanasına gedəcək və onun sənədləri doldurmasına kömək edəcək.

Feigin söyləyib ki, ekstradisiya prosesi bir neçə ay çəkə bilər. “Savchenko-nun cəzasını Ukrayna həbsxanasında çəkməyə razılaşması barədə bəyanatını almışam və inanıram ki, prosedur başlanıb”, Feigin deyib.

Savchenko martın 22-də Rusiyada 22 illik cəzaya məhkum edilib. O, Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə əli olmaqda təqsirli bilinib.

Pilot isə oğurlandığını və qanunsuz olaraq Rusiyaya gətirildiyini bildirir.

Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG