Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:08

Ukraynanın şərqindəki rusiyapərəst separatçılar azı 5 nəfərin öldüyünü xəbər verirlər.

Onlar Ukrayna ordusunun Olenevka şəhərindəki nəzarət-buraxılış məntəqəsini atəşə tutduğunu deyirlər.

Separatçıların hərbi nümayəndəsi Eduard Basurinin sözlərinə görə, aprelin 26-da baş verən insident nəticəsində həmçinin 10 nəfər dinc sakin xəsarət alıb.

Kiyev məlumatı rədd edir.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG