Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:53

Müdafiə naziri toplantı keçirib


Zakir Həsənov cəbhə bölgəsində (arxiv fotosu)
Zakir Həsənov cəbhə bölgəsində (arxiv fotosu)

Müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə toplantı keçirib.

Nazirliyin mətbuat xidməti bildirir ki, toplantıda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti və müdafiə sistemi ilə bağlı Zakir Həsənova məruzələr edilib.

Müdafiə nazirinin ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması göstərişini verdiyi bildirilir. Habelə, onun, sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi ilə əlaqədar göstərişlər verdiyi qeyd edilir.

XS
SM
MD
LG