Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13

Niderlandın iş adamları mayın 17-dən 20-nə kimi Azərbaycanda olacaqlar.

Bundan öncə, mayın 10-da isə Niderlandın iqtisadiyyat naziri Henk Kamp Bakıya gələcək.

Bunu, aprelin 27-də Niderlandın Azərbaycandakı səfiri Robert Qabrielse ölkənin milli bayramına-Kral Gününə həsr olunan mətbuat konfransında bildirib.

Səfirin deməsinə görə, ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 120 milyon dollar olub. Hazırda Niderlandın 50-dən çox şirkəti Azərbaycanda gəmiqayırma, loqistika və ekologiya sahəsində fəaliyyət göstərir.

Niderland Azərbaycanda xarici investorlar üzrə ilk beşliyə daxildir.

Üstəlik, daşqınların qarşısının alınması məsələsində Azərbaycan FHN ilə əməkdaşlıq edir.

Niderland şirkətləri su hövzələrinin təmizlənməsi və ətraf mühit üzrə layihələrə cəlb olunublar. Əsasən onlar Böyükşor gölünün təmizlənməsində iştirak ediblər. Abşeronda digər su hövzələrinin də təmizlənməsinə dair layihələr müzakirə olunur.

Siyasi əlaqələrə toxunan səfir ümidlə bildirib ki, Azərbaycan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvləri seçkisində Niderlandın namizədliyini dəstəkləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG