Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:00

“Dünyəvilik yeni Türkiyə konstitusiyasında öz əksini tapacaq”.

Bunu Türkiyənin baş naziri Ahmet Davutoglu aprelin 27-də hakim partiyanın nümayəndələri qarşısında çıxışında parlamentin sədri İsmail Kahramanın dini konstitusiya yaradılması ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.

O bildirib ki, biz insan haqları və azadlıqlarına hörmətlə yanaşan demokratik bir konstitusiya yaratmaq istəyirik.

Qeyd edək ki, Türkiyə parlamentinin sədri İsmail Kahraman aprelin 25-də dünyəvilikdən imtina edən yeni konstitusiya yaratmağa çağırıb.

Buna qarşı çıxan onlarla etirazçı parlamentin qarşısında aksiya keçirməyə cəhd göstərib.

Amma polis buna imkan verməyib və aksiyaçılarla polis arasında toqquşma olub, nlarla aksiyaçı saxlanıb.

Aksiyaçılar parlament sədrini hüquqi dövlət olan Türkiyə Cumhuriyyətini dağıtmaq və xilafət dövləti yaratmağa cəhddə ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG