Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:06

İtalyan qəzetləri Ə.Əylislidən yazıb


"Adamlar və ağaclar"dan bir parça italyanca
"Adamlar və ağaclar"dan bir parça italyanca

-

İtaliyanın çoxtirajlı qəzetlərindən biri "Corriere della Sera" Əkrəm Əylislinin OxuZalında dərc olunmuş prezidentə müraciətini italyan dilinə tərcümə edərək çap edib.

Məktubun əvvəlində tanınmış italyan jurnalist Gian Antonio Stella'nın yazısı verilib. İtalyan jurnalistin həmin yazısı 78 yaşlı yazıçının ədəbiyyat tədbirinə gedəndə aeroport işçisi vurması iddiasına kinayə ilə açılır, bunun absurd iddia olduğu deyilir, daha sonra o, Ə.Əylislinin prezidentə məktubundan söz açır, məktub haqda fikirlərini yazır, onu "sərt tarixi məktub" adlandırır. G.A.Stella yazısını Azərbaycanın korrupsiyaya görə beynəlxalq göstəricilərini xatırlamaqla tamamlayır.

İtaliyanın başqa bir qəzetinin ədəbiyyat səhifəsi isə Ə.Əylislinin "Adamlar və ağaclar" povestindən bir parçanı italyan dilində çap edib.

XS
SM
MD
LG