Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:36

Belçika ötən ilin noyabrında Paris hücumlarında əsas şübhəlilərdən biri Salah Abdeslamı aprelin 27-də Fransaya verib.

Hər iki tərəfin hüquq-mühavizə orqanları məlumatı təsdiqləyib.

Həmin hücumlardan sonra axtarışda olan 26 yaşlı Abdeslam bu il martın 18-də Brüsseldə yaxalanıb.

Müstəntiqlərin sözlərinə görə Abdeslam noyabrın 13-də Paris hücumlarının təşkilində iştirakını etiraf edib və bildirib ki, özünü həmin vaxt futbol stadionunda partlatmalı imiş.

Amma son dəqiqədə bundan imtina edib.

Xatırladaq ki, Paris hücumlarında 130 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG