Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:54

Dövlət qulluğuna qəbul yalnız testlə olacaq


Dövlət qulluğuna qəbul üçün test imtahanı

Dövlət qulluğuna qəbul üçün test imtahanı

Dövlət qulluğuna qəbul qaydaları və şərtləri dəyişdirilir. Ölkə başçısı bununla bağlı parlamentə təqdimat verib. Təqdimatda «Dövlət qulluğuna qəbul» haqqında qanunun 28-ci maddəsinin dəyişdirilməsi istənilir.

APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, dövlət qulluğuna qəbul yalnız test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun, dövlət qulluğuna qəbula rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək.

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, imtahanın keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Hazırkı qaydalara görə, test imtahanından əlavə şifahi seçim də aparılırdı.

Dəyişiklik parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Prezident aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Yeni qurumun qeydiyyata alınması ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG