Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:58

Pekindəki beynəlxalq avtosalonlardan birində avtopilotlu maşınlar nümayiş etdirilib.

Avtopilotlu avtomobil istehsalında Avropa və ABŞ liderlik etsə də Çin artıq onlarla daban-dabana gedir.

Çində böyüklüyünə görə 3-cü olan “Cenqan” şirkəti bir neçə yeni pilotsuz maşının sınağını keçirib.

Maşınlar şirkətin Çuntsindəki baş qərargahından paytaxt Pekinədək 2 min kilometrlik məsafə qət ediblər.

Sürücülər demək olar ki, bu müddət ərzində əllərini bir dəfə də olsun sükana atmayıblar.

İstehsalçılar deyir ki, bu avtomobillər heç də “Tesla”dan geri qalmır.

Digər abtomobil şirkəti Bayk qrup (BAİC) isə bütün arzu edənlərə özünün avtopilot maşınlarında gəzişməyi təklif edir.

Baxışa gələnlər deyir ki, bu avtomobillər hələ ki, təkmilləşdirilməlidir, amma gələcək sənaye məhz avtopilot avtomobillərə doğru gedir.

Hər il Çində yol qəzalarında təxminən 200 min adam ölür.

Rəy sorğularına görə ölkə əhalisinin təxminən 75 faizi buna görə avtopilot maşının tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG