Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:53

Sahibkarların bilgiləri daha sərt qorunacaq


Azərbaycan prezidenti İlham Əliyevin ailəsinin qızıl yataqları biznesinin sirrləri

Azərbaycan prezidenti İlham Əliyevin ailəsinin qızıl yataqları biznesinin sirrləri

Sahibkarın razılığı olmadan kommersiya və bank sirrinin qanunsuz istifadə edilməsi, ixrac nəzarətinə aid sənəd və bilgilərin yayılması ilə bağlı cəzalar ağırlaşdırılacaq. Parlamentin bundan ötrü, Cinayət Məcəlləsinin 202.2 və 202-1.2-ci maddələrinə dəyişikliklər edəcəyi gözlənilir. Dəyişiklik təqdimatı ölkə başçısından gəlib.

APA-nın xəbərinə görə, məcəllənin 202.2-ci maddəsinə yeni dəyişiklikdə vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə və ya 2 il islah işləri nəzərdə tutulur. Üstəlik, altı ayadək həbs cəzası da verilə bilər. Məcəllənin hazırkı mətnində cərimə məbləği 500-dən 1000 manata qədərdir.

Məcəllənin 202-1.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə isə, ixrac nəzarətinə aid sənəd və məlumatları yayma ziyanın 3 mislindən 5 mislinə qədər cərimə nəzərdə tutur. Üstəlik, 2 il islah işləri və ya eyni müddətə həbs. Bu maddədə də yalnız cərimə hissə dəyişir.

Dəyişiklik layihəsi parlamentin növbəti iclasında müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG