Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Aprelin 26-da dünya bazarında neftin qiyməti 2016-cı ildə maksimum həddə qalxıb.

Buna səbəb sənaye qrupunun ABŞ-da neft ehtiyatının azalmasını bəyan etməsi olub.

Bu Brend markalı və Qərbi Texas neftinin təxminən 3 faiz bahalaşmasına səbəb olub.

ABŞ-ın Neft İnstitutu ötən həftə ölkədə neft ehtiyatının 1,1 milyon barel azaldığını bəyan edib.

Bu məlumatdan sonra Brend markalı neftin bareli 1 dollar 26 sent bahalaşaraq 45 dollar 74 sent, hətta günün sonunda 46 dollar 49 sent olub.

ABŞ nefti isə 1 dollar 40 sent bahalaşaraq təxminən 44 dollar, günün sonunda isə 44 dollar 83 sent olub.

Dünya Bankı da 2016-cı il üçün proqnozunda neftin barelinin qiymətini 37 dollardan 41 dollara qaldırıb. Bank bildirir ki, bu nikbin proqnoza səbəb bazarda durumun yaxşılaşması və dolların zəifləməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG