Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:29

-
Aprelin 27-də Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində «Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması» mövzusunda iclas keçirilib.

APA-nın xəbərinə görə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov iclasda BMT-ni sərt tənqid edib.

«BMT heç nəyə yaramırsa, niyə saxlayırıq?»- deyən N.Məmmədovun fikrincə, kimin pulu varsa, BMT vasitəsilə nə istəyir, edəcək: «Əslində, edirlər də. SSRİ dağılıb, yerində Qərb üçün nə qalıb?! Azərbaycan 25 il ərzində Qərblə sədaqətlə əməkdaşlıq edib və edir, Asiya dövlətləri isə 5-6 il əməkdaşlıqdan sonra kənara çəkildi. Biz bir-birimizə etimad, inamın olmasını istəyirik».

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu aprelin 25-də başlayıb.

XS
SM
MD
LG