Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:00

-

Çinli insan haqları fəalı və keçmiş siyasi məhbus Harry Wu 79 yaşında dünyasını dəyişib.

Laogai Tədqiqat Fondu fəalın aprelin 26-da Hondurasda dostları ilə gəzinti zamanı öldüyünü bildirir.

Wu on illər boyunca Çində “laogai” adıyla tanınan məcburi əmək düşərgələrinə qarşı mübarizə aparıb. Bu düşərgələr Mao Zedong-un hakimiyyəti dövründə yaradılıb.

Wu 1960-cı ildə ömürlük həbsə məhkum edilib. Səbəb onun Çinin müttəfiqi olan Sovet İttifaqına qarşı çıxış etməsi idi. Ancaq 19 ildən sonra, 1979-cu ildə azadlığa buraxılıb.

Fəal 1985-ci ildə Birləşmiş Ştatlara gedib və Çində əmək düşərgələri barədə maarifləndirmə işi aparmağa başlayıb. 1992-ci ildə Vaşinqtonda Laogai Tədqiqat Fondunu yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG