Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:28

«Ermənilər qadağan olunmuş silah işlədir»


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

-

Müdafiə Nazirliyi yeni bir açıqlama yayıb.

Açıqlamada cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələrinin pozduğu bildirilir. Nazirliyin bildirməsinə görə, bu zaman qadağan olunmuş sursatlardan istifadə edilib:

«Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub».

Məlumatda həmçinin qeyd edilir ki, bununla Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışırlar: «Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi, yenə də Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür».

Azərbaycan Müdafiə Nazirliyi son iki gündə cəbhədə hərbi əməliyyatların bərpa edildiyini bildirir. Bu zaman Tərtər rayonunda 30-a qədər evə mərmi düşdüyü deyilir.

Aprelin 2-dən 5-nə kimi cəbhədə hərbi əməliyyatlar keçirilmişdi. Hər iki tərəfdən çoxlu sayda itkilərin olduğu bildirilir. Aprelin 5-i Moskvada tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər. Ancaq bu razılığın son 2 gündə daha sərt qaydada pozulduğu deyilir.

XS
SM
MD
LG