Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:44

-

ABŞ generalı deyir ki, ötən il İraq və Suriyaya gedən əcnəbi döyüşçülərin sayı azalıb.

General mayor Peter Gersten aprelin 26-da Pentaqonda danışıb. Onun sözlərinə görə, o, ötən il Bağdada gedəndə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına hər ay 1500- 2 min əcnəbi qoşulurdu. İndi bu say ayda 200 nəfərə düşüb.

General silahlı qruplaşmadan fərarilik hallarının da artdığını söyləyib.

Gersten bunu ABŞ koalisiyasının İŞİD-in nağd pul saxlanan obyektlərinə davamlı hücumları ilə izah edib. Onun sözlərinə görə, 20 oxşar zərbə endirilib və qruplaşmanın 800 milyon dolları məhv edilib.

General deyir ki, beləliklə də, İŞİD döyüşçülərinə maaş verilməsində problem yaranıb. Gersten Suriya və İraqdakı İŞİD qüvvələrinin sayını açıqlamayıb.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ilin avqustundan bəri İraqda və Suriyada İŞİD qüvvələrini və strateji əraziləri bombalayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG