Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

-

Suriyanın Hələb şəhərinə hava zərbələrindən azı 25 nəfər həlak olub. Ölkədə atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, zorakılıqlar davam edir.

BMT-nin Baş katibi Ban Kİ-moon aprelin 26-da deyib ki, atışmadan “dərin narahatlıq” keçirir, hökuməti və müxalifəti iki aylıq atəşkəsə əməl etməyə, Cenevrə sülh danışıqlarını davam etdirməyə çağırıb.

Ötən həftə Suriyanın əsas müxalifət partiyası sülh danışıqlarına qatılmayıb, hökumət qüvvələrinin hava zərbələrini davam etdirdiyini, mühasirədə olanlara yardıma icazə verilmədiyini bildirib.

Aprelin 22-dən bəri Hələbdə artilleriya və raket atəşindən azı 100 dinc sakin həlak olub.

2011-ci ildə münaqişə başlanandan isə 270 mindən çox insan həlak olub, milyonlarla şəxs evindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG