Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:50

Dünən axşam döyüşlər yenə başlayıb


Qarabağda ermənilərin artilleriyası.
Qarabağda ermənilərin artilleriyası.

-

Azərbaycan və Ermənistan silahlı bölmələrinin təmas xəttində aprelin 26-sı axşam saatlarından yenidən vəziyyətin gərginləşdiyi bildirilir.

Tərtər rayon sakinləri Azadlıq Radiosuna deyiblər ki, saat 21:00-dan etibarən yenidən top səsləri eşitməyə başlayıblar. Hətta, onların demələrinə görə, budəfəki döyüşlər bir gün əvvəlki ilə müqayisədə daha şiddətli olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya deyiblər ki, Ermənistan Silahlı Qüvvələri aprelin 26-sı axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar.

Mətbuat xidmətinin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri də əks zərbələr endirib.

Müdafiə Nazirliyinin bildirməsinə görə, atəşkəsi birinci Ermənistan tərəfi pozub.

Bir gün əvvəl də cəbhənin Tərtər istiqamətində oxşar hadisələr baş vermişdi. Azərbaycan tərəfi bildirirdi ki, Tərtər rayonunda 20-dən çox evə mərmi düşüb.

Aprelin 2-dən 5-nə kimi cəbhədə hərbi əməliyyatlar keçirilmişdi. Hər iki tərəfdən çoxlu sayda itkilərin olduğu bildirilir. Aprelin 5-i Moskvada tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər. Ancaq bu razılığın son 2 gündə daha sərt qaydada pozulduğu deyilir.

XS
SM
MD
LG