Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

Özbəkistan prezidenti İslam Kərimov hesab edir ki, Əfqanıstanla bağlı sülh danışıqlarında Rusiya da iştirak etməlidir.

O aprelin 26-da Moskvada rusiyalı həmkarı Putinlə görüşdən sonra həmçinin bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı Əfqanıstandakı hərbi-siyasi qarşıdurmaya qarışmamalıdır.

Kərimov Əfqanıstanla bağlı sülh danışıqlarının bərpasının bütün region üçün çox vacib olduğunu deyib.

Qeyd edək ki, Əfqanıstanla bağlı sülh prosesinə ABŞ, Çin və Pakistan vasitəçilik edir.

Kərimov hesab edir ki, bu ölkədəki qeyri-sabitlik yavaş-yavaş digər region ölkələrinə də yayıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG