Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:21

Harlem Desir: «Silahlar susmalıdır...»


Harlem Desir
Harlem Desir

«Dağlıq Qarabağda hərbi əməliyyatların başlama təhlükəsi böyükdür. Yeni bir hərbi münaqişənin yaranması əlavə əzablara səbəb olacaq».

Bunu Azərbaycanda səfərdə olan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib.

Trend-in xəbərinə görə, nazir Bakıya dialoqun bərpa etməyə gəldiyini qeyd edib:

«Münaqişənin uzanmasının qarşısını almaq lazımdır. Onu hərbi yolla həll etmək qeyri-mümkündür»

H. Desir əlavə edib ki, Dağlıq Qarabağ problemi donmuş münaqişə deyil:

«Hər il, hər ay Qarabağda itkilər olur. Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ABŞ və Rusiya ilə birlikdə uzunmüddətli həll yolu tapmaq istəyir. Biz Madrid prinsiplərini tətbiq etmək istəyirik ki, bu da uzunmüddətli həll yoluna gətirib çıxaracaq. Gücdən istifadə etməmək, sülh yolu ilə münaqişəni həll etmək lazımdır».

Dövlət naziri vurğulayıb ki, silahlar susmalı, hər iki tərəf sülh sazişinə hazır olmalıdır.

«Fransa bütün qüvvəsini bu istiqamətdə səfərbər edəcək» - deyə nazir bildirib.

Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir Azərbaycandan əvvəl Ermənistanda səfərdə olmuşdu.

XS
SM
MD
LG