Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

İranda 4 yerli jurnalist 5 ildən 10 ilədək həbs cəzasına məhkum edilib.

Onlar ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə ittiham olunurlar.

Bu barədə aprelin 26-da onların vəkilləri məlumat yayıb.

Jurnalistlərin 4-də ötən ilin noyabrında həbs olunub, ABŞ və İngiltərə ilə bağlı şəbəkəyə işləməkdə ittiham olunurlar.

Davoud Assadi, 10, Afarin Chitsaz 5,“Farhikhtegan” qəzetinin baş redaktoru Ehsan Mazandarani 7, Saman Safari isə 5 il azadlıqdan məhrum edilib.

Həbs edilmiş 5-ci jurnalist Issa Saharkhizin taleyi isə bəlli deyil.

Qadağan edilmiş “Aftab” qəzetinin redaktoru Saharkhiz, əvvəllər keçmiş islahatpərəst prezidentMohammad Khatami dövründə mədəniyyət nazirliyinin mətbuat katibi olub.

100-ə yaxın yerli jurnalist ötən ilin dekabrında bəyanat imzalayaraq onları azad etməyə çağırmışdı.

Onlar ittihamın əsassız olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG