Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:40

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Dostları Qrupunun iclasında Bakı Bəyannaməsi qəbul olunub. Bu haqda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser bildirib.

APA-nın xəbərinə görə, Malta prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsinin məzmunu haqda bilgi verib. Prezident deyib ki, bəyannamədə sülh təşəbbüsləri əksini tapıb.

«Arzularımıza çatmaqdan ötürü insan hüquq və azadlıqlarını, həmrəyliyi qorumaq, sülh mədəniyyətinə yiyələnmək lazımdır. İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək» - deyə prezident bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG