Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:09

Ağstafa sakinin özünü asdığı deyilir...


Arxiv fotosu
Arxiv fotosu

Ağstafa rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

Aprelin 26-na keçən gecə rayon sakini, 32 yaşlı Dilqəm Hüseynovun özünü asdığı güman edilir.

Report-un xəbərinə görə, ailə üzvləri D.Hüseynovun meyitini yaşadığı evin həyətindəki yarımtikilinin tavanından asılı vəziyyətdə tapıblar. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında tibbi ekspertiza zamanı D.Hüseynovun özünü asdığının müəyyən edildiyi bildirilir.Ancaq ölümün səbəbi açıqlanmır.

Ağstafa Polis Şöbəsi araşdırma aparır.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Mətbuatın araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntılar üzündən canlarına qıyırlar.

XS
SM
MD
LG