Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:10

«Azərbaycanda biznesə təhdidlər artıb»


CEO Survey
CEO Survey

PwC şirkəti aprelin 26-da Azərbaycanın ən iri şirkət rəhbərləri arasında «CEO Survey 2016» sorğusunun təqdimatını keçirib.

Sənəddə iqtisadiyyatın 10 sektorunu təmsil edən 32 şirkət dünya iqtisadiyyatındakı tendensiyalar, onun bizneslərinə təsiri və sahibkar dairələrinin ovqatı barədə 40 suala cavab veriblər.

«Məqsəd dünya iqtisadiyyatındakı qanunauyğunluqların və onların həllində siyasətçilərin oriyentirlərinin müəyyən edilməsidir» - PwC-nin icraçı tərəfdaşı Mövlan Paşayev bildirib.

M. Paşayevin deməsinə görə, Azərbaycandakı şirkətlərin Müşahidə Şuralarının sədrləri hesab edirlər ki, biznesin ən kəskin problemi dövlət borcunun olmasıdır. Üstəlik, milli valyutanın məzənnəsinin dəyişkənliyi və siyasi qeyri-müəyyənlikdir:

«Aralarında dövlət və xarici şirkətlərin nümayəndələri də olan respondentlərin dörddə üçü qeyd edib ki, hazırda biznes üçün təhdidlər 3 il əvvəlkindən böyükdür. Rəyi soruşulan şirkətlərin dörddə biri hesab edir ki, qlobal iqtisadiyyatın artım tempinin yüksəlməsi 12 ay ərzində baş verə bilər».

Sorğuya görə, Azərbaycan sahibkarları vergi sahəsində islahatların keçirilməsini, dövlət gəlirlərinin bölüşdürülməsini və kadrların ixtisasının artırılmasını vacib sayırlar.

Sənəd hökumətə və prezidentin islahatlar üzrə köməkçisinə təqdim ediləcək. Bu sorğu PwC-in keçiridiyi dünya CEO Survey-in bir hissəsidir. Onun nəticələri illik Davos iqtisadi forumunda təqdim edilir.

XS
SM
MD
LG