Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Çavuşoğlu Lavrova cavab verdi...


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

«Rusiya rəsmilərinə cavab verəsi deyiləm. Bu kimi iddiaları da yersiz hesab edirəm. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Atəşkəsi Ermənistan pozub».

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağda münaqişənin alovlanmasında Türkiyənin rolunun olması ilə bağlı Rusiya rəsmilərinin iddialarına münasibət bildirərkən deyib.

«Biz Ermənistan rəhbərliyinə zəng edib və ya görüşüb qardaş Azərbaycana hücum edin dedik? İddianın da bir ciddiliyi olmalıdır. Atəşkəsi kimi pozduğuna baxdığınızda, onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz.Qarabağ münaqişəsinin yaranmasında məsuliyyət daşıyan şəxslərdən müsbət yanaşma və ya siyasi həll gözləmək çox böyük nikbinlik olardı», - deyə nazir qeyd edib.

Bu günlər Ermənistana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsində Türkiyəni qızışdırıcılıqda ittiham etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG