Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50

“Miqrant axınının qarsısını almaq üçün Türkiyə ilə Avropa Birliyi arasında əldə edilmiş razılaşma həyata keçirilməlidir”.

Bunu Almaniyanın kansleri Angela Merkel aprelin 25-də Hanoverdə İngiltərə, Fransa, Almaniya, İtaliya və ABŞ liderlərinin görüşündən sonra detyib.

Qeyd edək ki, ötən il Yaxın Şərq və Şimali Afrika ölkələrindən Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsilə Avropa Birliyinə 1 milyondan çox qaçqın keçib.

Türkiyə ilə razılaşmanın qüvvəyə minməsindən sonra qaçqın axını xeyli səngisə də son vaxtlar yenidən miqrant axınının artdığı müşahidə olunur.

Merkel bildirib ki, ABŞ miqrant böhranının həllində yardımçı olmağa hazır olduğunu bildirib.

O həmçinin liderlərin Suriyada atəşkəsin kövərk olmasından narahat olduqlarını deyib.

Qeyd edək ki, son günlər Suriyanın Hələb şəhərində yenidən döyüşlər gedir.

Türkiyə ilə əldə edilmiş razılaşmada qanunsuz miqrantların Türkiyəyə qaytarılması, bunun üçün

Ona maliyyə yardımının artırılması, əvəzində onunla Avropa Birliyinə üzvlük danışıqları və vizasız rejimin sürətləndirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG