Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

«BMT-də islahatlar aparılmalıdır» - Forum


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«Biz Avropa dəyərlərindən danışırıq. Lakin bu dəyərlər mühafizəkar ölkələrdə, Yaxın Şərqdə keçmir. Bu səbəbdən Sivilizasiyalar Alyansının əhəmiyyətini bu qədər qabardırıq».

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən «Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar» mövzusunda müzakirələrdə deyib.

APA-nın xəbərinə görə, nazir dünyanın yenidən qurulması naminə müəyyən işlər görüldüyünü qeyd edib.

«Xüsusilə də Sovet rejiminin dağılmasından sonra müəyyən işlər görülüb. Biz bu yenilənməni hələ də davam edirik. Amma bunun çox ağrı-acılı olacağından qaça bilmərik. Yalnız BMT-nin köməyi ilə bu işi bacararıq»,- nazir deyib.

Jose Luis Rodriguez Zapatero
Jose Luis Rodriguez Zapatero

AZƏRBAYCANLI İŞİD-Ə NƏDƏN QOŞULUR?

E. Məmmədyarov öz çıxışında İŞİD probleminə də toxunub. «Bizim bir çox vətəndaşımız Suriyada İŞİD sıralarına qoşulur. Onlardan bunun səbəbini soruşduqda İslamla bağlı ədalətsizliyin olduğunu düşünürlər», - deyən nazir qeyd edib ki, əslində, ədalətsizlik zəruri elementdir:

«Ona görə də biz nəticə deyil, səbəbin köklərinə baxmalıyıq. Belə olmadıqda uğursuzluğa düçar olacağıq».

İspaniyanın sabiq baş naziri Jose Luis Zapatero isə Azərbaycanın öz-özlüyündə bir sivilizasiya alyansı olduğunu deyib:

«2005-ci ildə BMT nəzdində sivilizasiyalar alyansının yaradılması təklifini irəli sürdüm və Türkiyə ilə birgə biz bu alyansı ərsəyə gətirdik. Alyansın məqsədi ekstremizmə qarşı qabaqlayıcı rol oynamaqdır. Bizim qarşımızdakı vəzifə dialoqu təşviq etməkdir».

Dominique de Villepin
Dominique de Villepin

EKSTREMİZM TƏLƏSİ....

Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Dominique de Villepin isə deyib ki, son 10 il ərzində dünya ekstremizm tələsinə düşüb:

«Təəssüf ki, ekstremizmə əsasən verdiyimiz cavab hərbi cavabdır. Əfqanıstandan başlayan ekstremizmə İraqda verilən hərbi müdaxilənin cavabı Suriyada davam edir».

Onun qənaətinə görə, BMT-də islahatlar aparılmalıdır.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu aprelin 25-də Bakıda başlayıb. Forumda dünyanın müxtəlif ölkələrindən gələn xeyli sayda rəsmi, o cümlədən sabiq dövlət adamları iştirak edir.

Forum aprelin 27-də başa çatacaq.

XS
SM
MD
LG