Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

-

Britaniyada yerləşən «Amec Foster Wheeler» şirkəti SOCAR-la H.Əliyev adına Neft Emalı Zavodunun mühəndis layihələndirilməsi (FEED) sazişi bağlayıb.

Saziş zavodun gücünün və yanacağın keyfiyyətinin artırılmasını nəzərdə tutur.

İşləri 2020-ci ilədək başa çatdırmaq planlaşdırılır.

«SOCAR-a Azərbaycanda və xaricdə bir neçə layihə tədarük etmişik. Bu saziş çərçivəsində tərəfdaşlığımızın davamını gözləyirik», - deyə «Amec Foster Wheeler»in Asiya, Yaxın Şərq, Afrika və Cənubi Avropa üzrə prezidenti Roberto Penno bildirib.

Sazişin məbləği açıqlanmır. Bir qədər əvvəl isə SOCAR prezidenti Rövnəq Abdullayev demişdi ki, layihənin qiyməti 1.3 milyard dollara yaxın olacaq.

R.Abdullayev qeyd edirdi ki, şirkət «Azərneftyağ»ı söküb H.Əliyev adına Neft Emalı Zavodunun modernləşməsinə investisiya qoymaq istəyir. Modernləşmə nəticəsində zavodun emal gücü 6 mln.-dan 8 mln. tona çatacaq və 2030-cu ilədək Azərbaycanın yüksəkoktanlı benzinə tələbatını ödəyəcək.

«Amec Foster Wheeler» bütün dünyada energetika üzrə strateji və mürəkkəb aktivləri layihələndirir, tədarük edir və dəstəkləyir.

Şirkət 55 ölkədə işləyir. 2015-ci ildə gəliri 5.5 mlrd. funt sterlinq olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG