Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

Aprelin 26-na keçən gecə Ukraynada Çernobl faciəsinin ildönümü ilə bağlı matəm mərasimləri başlanıb.

30 il əvvəl Çernobl atom elektrik stansiyasında baş verən qəza bəşəriyyət tarixində ən dəhşətli nüvə qəzaası hesab olunur.

Slavutiç şəhərindəki mərkəzi meydanda anım mərasimi keçirilib.

Şəhər sakinləri bu qəzada həlak olanların abidəsini ziyarət edib, güllər düzüb və şamıar yandırıblar.

Slavutiç şəhəri 30 il əvvəl Çernobl stansiyasının 50 kilometrliyində salınıb.

1986-cı il aprelin 26-də stansiyanın 4-cü reaktorunda güclü partlayış baş verir və şəhərin sakinləri qonşu Pripyat şəhərinə göçürülür.

Anım mərasiminə gələnlərin arasında şahidlərdə olub.

Vasili Markin həmin vaxt stansiyada mühəndis işləyib:” Ömrümün sonunadək bu faciəni unutmayacam.Mən bunu unuda bilmərəm, ümumiyyətlə heç kim unuda bilməz”, deyə o bildirirb.

Qəza nəticəsində dərhal 31 nəfər ölüb, bundan sonra şüalanma nəticəsində nə qədər insanın həlak olması isə dəqiq bəlli deyil.

Səhiyyə orqanlarının məlumatına görə 9 min, ekoloji təşkilat olan “Greenpeace”in məlumatına görə isə azı 115 min adam ölüb.

Qəzanın fəsadlarının aradan qaldırılmasına 600 mindən çox adam cəlb edilib.

Həmçinin paytaxt Kiyevdə faciə qurbanlarının xatirəsi anılır. Ziyarətçilər arasında faciə qurbanlarının ailələri və yaxınları da var.

Həmçinin kilsələrdə anım mərasimləri keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG