Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:10

-

"-

"Həyatınızın əsas hadisəsi nə olub?" sualına filosof Rene Girard belə cavab vermişdi: "Həyatımın əsas hadisələri başımın içində olub". Bu mənada o, nəzəriyyəçi idi. Amma kitablarından, xüsusən müharibə haqda iki kitabından götürəsi bir çox dərslər var.

"Sona qədər savaşmaq" ("Battling to the End), "Zorakılıq və müqəddəs" ("Violence and the Sacdred") kitablarından seçmələr

- Bizim arzularımız bizim deyil. Biz başqalarının istədiyini istəyirik. Bununla bir-birimizi yamsılayırıq. Bir-birimizin arzularını yamsılamaq uğrunda rəqabət zənciri başlanır.

- Arxaik dinlər zorakılığı qurbanvermə ritualı ilə kontrol altında saxlayırdılar. Bu, cəmiyyətə sülh və sakitlik gətirirdi. Müvəqqəti olaraq onu ehtiraslarından arındırırdı. Yəhudi-xristian ənənəsi qurbanın günahsızlığı anlayışından çıxış etdi. İndi biz fərdləri yox, qrupları günah keçisi sayırıq.

- Hər kəs günah keçisinə öz münasibətini aydınlaşdırmalıdır. Şəxsən mən özümkündən xəbərsizəm. Biz yalnız legitim düşmənlərimizi tanıyırıq. Amma bütün kainat günah keçilərilə doludur.

- Müharibə daha məqsədlərimizə çatmaq üçün kifayət deyil. Müharibə daha işləmir, sülhü necə əldə edəcəyimizi isə bilmirik. Daha günah keçisinin günahına inanmayanda da sülh gətirəcəyi ümidilə prosesi təkrarlayırıq.

- Keçmişdə müharibə elan edilirdi, düşmənlə savaşılırdı, bir tərəf qalib olurdu, onlar şərtləri danışmaq üçün görüşürdülər. Müqailə imzalanırdı, hamı kimin qalib gəldiyini bilirdi, kimin təxminən nə qədər uduzduğunu bilirdi. Hər kəs harada dayandığını bilirdi. Bugünkü müharibələrin sonu müqaviləylə bitmir. Qoşunlar geri çəkilir, Orwellsayağı, bütün bu prosesi gizlətməkdən ötrü dildən istifadə edilir.

- Zorakılıq məsuliyyətindən yayınmaqdan ötrü biz özümüzə deyirik ki, birinci addımı mən atmamışam, birinci biz başlamamışıq. Heç kəs özünü birinci daşı atan görmür. Ən zorakı insanlar da özünü sadəcə reaksiya verən sayır, zorakılığa birinci başlayanın başqası olduğunu düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG