Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

M.S.Ordubadi. Ağalar kəndliləri istədiyi qədər boğurdu


M..Səid Ordubadi
M..Səid Ordubadi

-

"Nəticədə kəndli bütün topladığı pambığı ağanın vergisinə verib, əliboş qalırdı"

Məmməd Səid Ordubadi

KƏNDLİLƏR VƏ MÜLKƏDARLAR

Ordubad kəndlilərindən bir çoxu ağalıqdır. Ağaların kəndlilərdən vergi almaq qanunları tamamilə İranda olduğu kimi idi. Taxıl və yaxud pambıq vaxtı ağanın adamları tarlanın kənarına gəlib onu gözdən keçirir və ondan nə qədər məhsul çıxacağını təxmini olaraq yazır. Kəndli o hesabdan ağanın vergisini verməyə məcburdur.

Çox vaxt təxmini məhsul təyin edənlər kəndli ilə düşmən olduğu, yaxud rüşvət ala bilməməsi səbəbindən 50 pud pambıq verə biləcək tarlaya yüz pud məhsul yazırlar. Nəticədə kəndli bütün topladığı pambığı ağanın vergisinə verib, əliboş qalırdı.

Bunun kimi də arpa, buğda məhsulu idi. Kəndlilərdən bir çoxu xəlbir və şanasını götürüb evinə boş getməyə məcbur olurdu.

Buna görə də 1885-ci ildən başlayaraq, Ordubad kəndlərində mülkədarlara qarşı bir hərəkat başlandı. Bu hərəkat birinci kərə Dəstə kəndində Hacı Əbutalıb vərəsələrinə qarşı başlamışdı. Onlar bu ixtilafı yatırmaq üçün güzəştə getdilər. Məhsul götürüldükdə onlar öz adamlarının nəzarəti altında olaraq hazır olan məhsulu gözdən keçirib vergilərini aldılar.

Eyni hərəkat həmin ildə Yaycı kəndi sahibi Məhəmmədxana qarşı başlanmışdı. Lakin o, Dəstə kəndi sahibləri kimi güzəştə getmək istəmədi. Hərəkat böyüdü, xanı kənddən qovdular. O, yığışıb Ustupu kəndinə getdi. Vergi vermədilər. Məhəmmədxan iflas dərəcəsinə gəlmişdi. Nəhayət, hökumət hərəkatın başında duranları cəzalandırdı və Məhəmmədxanın istədiyini kəndlilərə qəbul etdirdi.

Kitab
Kitab

Bu məcburiyyətə baxmayaraq, kəndlilər hökumət hesabına götürülənə qədər yenə də bu hərəkat davam edirdi.

Kəndlər hökumət hesabına götürüləndən sonra kəndlilərlə ağalar arasında ciddi mübarizə başlamışdı. Çünki kəndlilərin torpağının böyük hissəsi yenə də ağa torpağı namilə mülkədarların əlində qalmışdı.

Təsərrüfat qüvvəsi yüksək olan və arxasında hökumət görən köhnə ağalar kəndliləri istədiyi qədər boğurdu. Xüsusən kəndin suyunu zorlayıb alırdılar.

Hökumət heç vəchlə kəndlilərin şikayətinə baxmır və köhnə ağaların qarşısını almırdı. Ağalar təzədən kəndlilərin torpaqlarını almağa başlamışdı. Bununla da hökumət hesabına alınmış kəndlər parça-parça ağalara satılırdı. Çünki kəndlilər onlarla mübarizə apara bilmirdilər...

"Həyatım və mühitim", Hədəf

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG