Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

İran ABŞ-ı məhkəməylə hədələyir


ABŞ-ın Dövlət katibi John Kerry (sağda) və Mohammad Javad Zarif (arxiv fotosu)

ABŞ-ın Dövlət katibi John Kerry (sağda) və Mohammad Javad Zarif (arxiv fotosu)

-

İran hədələyir ki, Birləşmiş Ştatlar dondurulmuş hesablarından 2 milyard dolları terror hücumları qurbanlarına ayırsa, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

ABŞ Ali Məhkəməsi ötən həftə qərar çıxarıb ki, İranın ABŞ banklarında dondurulmuş vəsaitindən 2 milyard dollar Tehranın suçlandığı terror hücumları qurbanlarına ayrılsın. İran buna “oğurluq” kimi baxdığını bildirir.

“İranın pullarının qorunmasına ABŞ administrasiyası məsuliyyət daşıyır. Bu vəsait talan edilərsə, məhkəməyə şikayət verəcəyik”, Xarici işlər naziri Mohammad Javad Zarif aprelin 25-də Makedoniya səfəri zamanı deyib.

ABŞ məhkəməsinin qərarı 1300-dən çox amerikalını əhatələyir. Onların yaxınları 1983-cü ildə Beyrutda və 1996-cı ildə Səudiyyə Ərəbistanındakı partlayışlarda həlak olub. İran həmin partlayışlarda əli olmadığını bildirib.

Zarif deyib ki, pulun istənilən formada yönləndirilməsi “mənimsəmə” sayılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG