Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:58

-

Aprelin 7-dən indiyə kimi 941 partlamamış hərbi sursat (PHS) və 8 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) AZƏRTAC-a verdiyi açıqlamasında deyilir.

Agentlikdən bildiriblər ki, aprelin 24-də Tərtər rayonunun Qapanlı kəndində 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib. 1 ədəd 122 millimetrlik top mərmisi və 2 ədəd 122 millimetrlik partlamamış top mərmisinin partladıcısı aşkar edilərək götürülüb.

«Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən Qarqar çayı ilə axıb gələn 2 ədəd PMN minası partlayış yolu ilə məhv edilib»,- deyə agentlikdən bildirilib.

Samux rayonunun Kolayır kəndində 160 ədəd 12.7 millimetrlik və 15 ədəd 7.62 millimetrlik patronun da aşkarlandığı qeyd edilir. Bütünlükdə Samux rayonunda 3 ədəd OFAB-50 aviabomba, 778 ədəd 12.7 millimetrlik və 15 ədəd 7.62 millimetrlik kiçikçaplı mərmi tapıldığı bildirilir.

Agentlikdən deyiblər ki, xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinə yaxın kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG