Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

-

Ukrayna Prezidenti Petro Poroshenko ümid edir ki, Rusiyada həbsdə olan pilot Nadia Savchenko “bir neçə həftəyə” məhbus mübadiləsi nəticəsində evinə dönəcək.

“Bu problemin həllindən ötrü formula razılaşdırmışıq. İlkin şərtlərinə razılaşmışıq”, o, aprelin 24-də televiziya müsahibəsində deyib. Poroshenko ötən həftə rusiyalı həmkarı Vladimir Putin-lə telefon söhbətində Savchenko-nu Ukraynadakı rusiyalı məhbuslara dəyişmək məsələsini müzakirə edib.

“Məncə, bu, şəxsən mən və əksər ukraynalılar üçün böyük gün olacaq”, Poroshenko deyib. Onun dediklərinə hələlik Rusiya tərəfdən şərh yoxdur.

Savchenko-ya 22 illik həbs cəzası kəsilib. O, Ukraynada iki rusiyalı jurnalistin ölümündə rolu olmaqda təqsirli bilinib.

Vəkili Mark Feygin isə tvitterdə yazıb ki, pilotun mayın sonunadək buraxılacağını gözləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG