Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:19

Türkiyəli redaktor Can Dundar prezident Racep Tayyip Erdoganı təhqir etmə ittihamı ilə 10 min dollar cərimə olunub.

Bu barədə aprelin 25-də jurnalist və onun vəkili məlumat verib.

Vəkil Blent Utku msələnin jurnalistin korrupsiya qalmaqalı ilə bağlı yazdğı materialla bağlı olduğunu deyir.

O qərardan şikayət verəcəyini bildirib.

“Cumhuriyet” qəzetinin redaktoru “Tvitter” səhifəsində yazır ki, əgər həqiqətin açılması cinayət hesab olunursa biz bunu davam etdirəcəyik.

Dundar həmçinin hökuməti devriməyə cəhd ittihamı ilə başqa bir məhkəmə işi ilə üzləşib.

Dundar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gul bu işdə təqsirli bilinsələr ömürlük həbsə məhkum oluna bilərlər.

HazırdaTürkiyədə 2 mindən çox adam Erdoganı təhqir etmə ittihamı ilə istintaq altındadırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG