Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25

Müdafiə naziri Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının Bakıda səfərdə olan katibi Yuri Daşkin ilə görüşüb.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, nazir qonağa Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr və hazırkı durumla bağlı bilgi verib.

Beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərinin 20 ildən artıq işğal altında olduğunu vurğulayan müdafiə naziri danışıqlar prosesinin nəticəsizliyini qeyd edib.

Görüşdə MDB-nin üzvü olan ölkələrlə hərbi sahədə əlaqələrə toxunulub. Z. Həsənov bu əməkdaşlığı daha da inkişaf etdirmək imkanlarının mövcudluğundan bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG