Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:57

Azərbaycan kapitalı Türkiyəyə də axır


Azərbaycan-Türkiyə bayraq tapmacası (arxiv)
Azərbaycan-Türkiyə bayraq tapmacası (arxiv)

Bu il Azərbaycan vətəndaşları Türkiyədə, ötən ilin ilk 3 ayında olduğu kimi, 47 şirkət qurublar. Onlar sərmayə yatırımı baxımından, yalnız Suriya, İraq, İran və Almaniyadan olan rəqiblərindən geri qalırlar.

Türkiyə Palatalar və Birjalar Birliyin (TOBB) açıqlamasına görə, il başlanandan bəri Azərbaycandan gələn sərmayəçilər 18 yeni səhmdar cəmiyyətinin qurulmasına 2,3 milyon, 29 məhdud məsuliyyətli şirkətə isə 2,8 milyon türk lirəsi məbləğində yatırım ediblər.

Yatırımların əsas hissəsi Azərbaycandan gəlib

Ötən illə müqayisədə yatırım həcmi 1,5 milyon lirə azalsa da, builki yatırımların əsas hissəsi (85 faizi) Azərbaycandan gəlib. 2015-ci ilin eyni dövründə Türkiyəli ortaqların yeni qurulan şirkətlərdəki payı 34 faiz idi.

TOBB-nin məlumatna görə, ötən il Türkiyədə 169 şirkətin yaradılmasına Azərbaycandan 51 milyon türk lirəsi yatırılıb. Bu kapital, növbəti illərdə, bir qayda olaraq, götürülən mənfəət və təsisçilərin hesabına silsilə ilə artır.

Hazırda Türkiyədə 1600-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir.

Xarici şirkətlərin hər üçündən biri...

Azərbaycana gələn xarici şirkətlərin, demək olar, hər üçündən biri sərmayəsini Türkiyədən alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycandakı 2300 şirkətdə türk kapitalı var. Bir məqam diqqət çəkir ki, bu ilin əvvəlinə ölkədəki xarici sərmayəli şirkətlərin 32,1 faizi Türkiyə sərmayəli idisə, aprelin 1-nə həmin göstərici 29,8 faizə düşüb. Bu, bəzi şirkətlərin bağlanmasından və başqa ölkələrdən gələn kalitalın artmasından qaynaqlanır.

XS
SM
MD
LG