Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:17

2016-cı ilin birinci rübündə Azərbaycanda alternativ mənbələrdən 4,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu haqda Dövlət Statistika Komitəsi xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2 milyon kVt/saat artıb.

Komitənin məlumatında bildirilir ki, 2016-cı ilin birinci rübündə 3,4 milyon kVt/saat külək enerjisi, 1,1 milyon kVt/saat günəş enerjisi istehsal edilib.

Birinci rübdə Azərbaycanda cəmi 5 milyard 976,2 milyon kVt/saat elektrik enerjisi əldə edilib. Bunun yalnız 6,5 faizi Su Elektrik Stansiyalarının payına düşüb. Alternativ energetikanın payı isə cəmi 0,078 faiz olub. Azərbaycanda enerjinin böyük hissəsi istilik elektrik stansiyalarında istehsal edilir.

Azərbaycan hökumətinin 2020-ci ildə alternativ enerjinin payının 20 faizə çatdırmaq öhdəliyi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG