Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:15

Gənc fəalın atası 2-ci dəfə infarkt olub


Gənc fəal İlkin Rüstəmzadə
Gənc fəal İlkin Rüstəmzadə

Aprelin 22-də həbsdə olan gənc fəal İlkin Rüstəmzadənin atası Bəkir Rüstəmzadə ürəyindən əməliyyat olunandan sonra aprelin 25-də xəstəxanadan çıxarılıb.

Bu haqda AzadlıqRadiosu-na İlkin Rüstəmzadənin anası Atlas Hüseynova məlumat verib: «İkinci dəfə ürəyindən infarkt keçirəndən sonra əməliyyat olundu. Birinci əməliyyat dekabr ayında olmuşdu. Bu gün evə gətirdik, müalicəsi evdə davam edəcək. Elə bayaq İlkin də zəng vurmuşdu».

Atlas Hüseynova deyib ki, həyat yoldaşı və özü şəkər xəstəliyi və yüksək hiporteniyadan da əziyyət çəkirlər. Ailə maddi və mənəvi çətinliklər içərisinə yaşayır.

«Azad Gənclik» təşkilatının fəalı, həbsindən sonra NİDA Vətəndaş Hərəkatına üzv olan İlkin Rüstəmzadə 2013-cü ilin aprelində həbs olunub.

Məhkəmə onu ictinai qaydanı pozmaqda və kütləvi iğtişaşlarda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» İlkin Rüstəmzadənin vicdan məhbusu sayır.

XS
SM
MD
LG