Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:20

Məktəb direktoru intihar etdiyi deyilir


İp (arxiv fotosu)
İp (arxiv fotosu)

Gədəbəy rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir. Talakənd kəndinin sakini, 61 yaşlı Fəxrəddin Əliyevin asılmış meyiti aşkarlanıb.
Bu haqda rayon prokurorunun köməkçisi Anar Nağıyev məlumat verib.

ANS PRESS-in xəbərinə görə, F.Əliyevin asılmış meyitini ailə üzvləri aşkar ediblər. O, kənd məktəbinin direktoru imiş.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Ölümün səbəbləri barədə bilgi verilmir.

Aprelin 24-də Qax rayonunun Şotavar kəndində oxşar olay baş vermişdi. Kənd məktəbinin emalatxanasında çalışan Qüdrət Məcidovun da özünü asdığı bildirilirdi.

XS
SM
MD
LG