Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

Türkiyə ordusunun Suriyanın Hələb şəhərinin şimalını artilleriya atəşinə tutduğu bildirilir.

Bu barədə aprelin 25-də Reuters agentliyi məlumat yayıb.

Yerli sakinlərin məlumatına görə, Axtarin şəhəri ilə Arshaf kəndini birləşdirən yola azı 10 mərmi düşüb:

“ On mərmi düşüb. Burda evlər, uşaqlar və dinc sakinlər var.

Türkiyə tərəfdən 10 mərmi atılıb, bizim günahımız nədir ? Biz mülki sakinlərik. Bura 2, bura 3, bura isə 5 mərmi düşüb. Qoy onların hesabını Allah versin” yerli sakin deyir.

Məlumatlara görə hazırda Hələb şəhəri uğrunda döyüşlər gedir.

Hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə onlarla adam ölüb.

Gələn həftə Cenevrədə atəşkəsin mümkünlüyü ilə bağlı danışıqlar aparılmalıdır.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG