Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

Azərbaycanda tikinti sektorunda çalışanlara xarici şirkətlər 1688, yerli şirkətlər isə 383 manat maaş ödəyir.

Bu il Azərbaycanda tikinti sektorunda çalışanların sayı 2015-ci ilin eyni dövrünə nisbətdə 13,6 faiz azalıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat verir.

Məlumatda bildirilir ki, ilin əvvəlindən bu sektordakı işçilərinin orta sayı 88 min nəfər olub. Bunun 22,6 mini dövlət sektorunun payına düşür. Dövlət müəssisələrində 15, 6 faiz iş yerini itirib. Dövlət sektorunda inşaatçılara ayda 515 manat əmək haqqı verilib.

Xarici kapitalın iştirak etdiyi şirkətlərdə isə 24 min işçi olub. Onların nominal əmək haqqı ayda 1688 manat təşkil edib. Manatın devalvasiyası ilə bağlı 2015-ci ilin fevralından maaşlar üçdə bir indeksləşdirilib.

Yerli şirkətlər isə işçilərə verdiyi maaşı 10,9 faiz azaldıb. Onlar yanvar-fevralda işçilərinə ayda ortalama cəmi 383 manat ödəyiblər.

İnşaat sektorunun işçilərinin 65 faizi Bakının payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG