Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Bazar günü Moldovanın paytaxtı Kişinyovda oliqarxların hakimiyyətə təsirinə qarşı etiraz aksiyası keçirilib.

Aksiyaçılr hökumətin təcili istefası və vaxtındanəvvəl seçki keçirilməsini tələb ediblər.

Şəhərin mərkəzi meydanında keçirilən mitinqi “Ləyaqət və həqiqət” adlı vətəndaş platformasının fəalları təşkil edib.

Etirazçılar yerli biznesmen Vladimir Plaxotnyukun evinə soxulmaq istəyəndə polislə aksiyaçılar arasında qarşıdurma yaranıb.

Onlar "Mafiya rədd olsun", "Hakimiyyət xalqa qaytarılsın" kimi şüarlar səsləndiriblər.

Bir neçə aksiyaçının saxlandığı bildirilir.

Hakim dairələr 14 polisin yaralandığını və onlardan 4-nün xəstəxanaya düşdüyünü bildirir.

Ötən ilin payızında Moldova banklarından təxminən 1 milyard dolların yoxa çıxmasından sonra ölkədə kütləvi etiraz aksiyaları keçirilirdi.

Oliqarxlarla əlaqəsi olduğu bildirilən Pavl Flipin baş nazir təyin edilməsindən sonra isə cəmiyyətdə yenidən narazılıq yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG